ABŞ Gürcüstan rəsmilərinə sanksiyalar tətbiq etdi
Dünya
19.12.2024 23:45
ABŞ hakimiyyəti Gürcüstanın iki məmuruna
sanksiya tətbiq edib.
Bu barədə TodayPress xarici mətbuata
istinadən xəbər verir.
Siyahıda respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri
Vaxtanq Qomelaurinin də adı var. Sənəddə qeyd olunur ki, nazirlik rəhbəri “dinc
aksiyaların yatırılmasında” iştirakına görə məhdudiyyətlərə məruz qalıb.
Qeyd edək ki, Böyük Britaniya da Gürcüstanın daxili işlər
nazirinə və ölkənin bir neçə vəzifəli şəxsinə qarşı sanksiya tətbiq edib.
Bundan başqa, sanksiyalar daxili işlər nazirinin müavini
Aleksandr Daraxvelidze, Tbilisi Polis Departamentinin rəisi Sulxan Tamazaşvili,
Daxili İşlər Nazirliyi Xüsusi Tapşırıqlar Departamentinin rəisi, Gürcüstan
xüsusi təyinatlılarının rəhbəri Zviad Xarazişvili və onun müavini Mileri
Laqazauriyə də şamil olunub.
tag: Sanksiya, Rusiya, Amerika, Nazir,Gürcüstan, todaypress.az,