ABŞ Gürcüstan rəsmilərinə qarşı əlavə sanksiyalar hazırlayır
Dünya
19.12.2024 07:46
ABŞ Gürcüstana qarşı
əlavə sanksiyalar hazırlayır.
TodayPress ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı deyib.
O, hazırkı administrasiyanın Gürcüstan rəsmilərinə əlavə sanksiyalar tətbiq etmək üçün kifayət qədər vaxtı qaldığını deyib.
“4-5 həftə kifayət
qədər uzundur, 4-5 həftə ərzində çox şey baş verə bilər. Bu administrasiyanın
kifayət qədər vaxtı var. Fakt budur ki, biz gürcü xalqı ilə həmrəyik və onların
Avro-atlantik istəklərini dəstəkləyirik. Dövlət katibi Blinkenin daha əvvəl
dediyi kimi, biz Gürcüstanda demokratiyaya zərbə vuranlara qarşı sanksiyalar da
daxil olmaqla əlavə tədbirlər hazırlayırıq” Vedant Patel deyib.
tag: Gürcüstan, ABŞ, Sanskiya, Blinken, todaypress.az,