ABŞ Gizli Xidmətinin direktoru dinləmələrə çağırıldı
Dünya
14.07.2024 16:37
ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsi ABŞ Gizli Xidmətinin direktoru Kimberli Çitlin iyulun 22-də parlamentdə Donald Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı dinləmələrə çağırıldığını açıqlayıb.
TodayPress xəbər verir ki, ABŞ Məxfi Xidmətinin direktoru Çitlinin adından yazılan dəvət məktubunda qeyd olunub:
“Bu gün Pensilvaniya ştatının Butler şəhərində bir silahlı şəxsin ona atəş açması nəticəsində prezident Donald Tramp sui-qəsd cəhdindən sağ çıxıb. Ən azı bir şahid ölüb. Prezident Trampı qoruyan, silahlı şəxsi zərərsizləşdirən və ehtimal ki, daha çox insan itkisinin qarşısını alan ABŞ Gizli Xidməti agentlərinin böyük cəsarətini göz ardı etmək olmaz.
Nəzarət və Hesabat Komitəsi bu gün prezident Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı araşdırmaya başlayıb və sizdən Komitənin 22 iyul 2024-cü ildə keçiriləcək tam iclasında könüllü olaraq iştirak etməyinizi xahiş edir”.
Günəş Mərd
tag: Tramp,ABŞ,Donald Tramp, Dünya xəbərləri,todaypress.az,