ABŞ Fələstini tanıyacaq? - Yeni GÖZLƏNTİLƏR

Dünya

14.05.2025 17:47

9

Fələstin ABŞ prezidenti Donald Trampın Fələstin dövlətinin yaradılmasını rəsmən elan edəcəyinə ümid edir.

TodayPress xəbər verir ki, bu barədə "TASS"a açıqlamasında Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl “Rusiya – İslam dünyası: Kazan Forum” beynəlxalq iqtisadi forumu çərçivəsində bildirib.

“Biz hələ də sülh istəyirik. Və bu, iki dövlət əsasında həll yolu olmalıdır. Belə bir qərar mümkündür” deyə diplomat ABŞ liderinin Fələstini tanıya biləcəyi ilə bağlı KİV-də yayılan məlumatları şərh edərkən vurğulayıb.

Digər tərəfdən, İsrailin xarici işlər naziri Gideon Saar bəyan edib ki, İsrail müstəqil Fələstin dövlətinin yaradılmasını yolverilməz sayır və bu istiqamətdə istənilən təşəbbüsə “tək tərəfli addımlarla” cavab verəcək.

Töhfə Səməd

tag: Fələstin ,ABŞ ,Donald Tramp,Əbdül Hafiz Nofəl,todaypress.az,