ABŞ federal hökuməti rəsmi olaraq bağlanmağa hazırlaşır
Dünya
21.12.2024 09:55
ABŞ Senatının dekabrın 20-də Vaşinqton vaxtı ilə gecə yarısına (Bakı vaxtı ilə 21 dekabr 9:00) qədər müvəqqəti büdcə layihəsini razılaşdırmağa vaxtı olmadığı üçün ABŞ federal hökuməti işləri və rəsmi fəaliyyətini dayandırır.
TodayPress xəbər verir ki, qərarın qəbul olunması üçün səsvermə "C-Span" kanalında yayımlanacaq.
Hökumət həftəsonuna getdiyi üçün bağlanma formal hesab olunur, lakin qanun layihəsi Konqresin yuxarı palatası tərəfindən təsdiqlənməsə və prezident Cozef Bayden tərəfindən 23 dekabrda imzalanmasa, federal hakimiyyətlər bazar ertəsindən etibarən işi faktiki olaraq dayandıracaqlar.
Amerika lideri qanun layihəsini dəstəkləyəcəyinə söz verib. Bu, 1976-cı ildən bəri ABŞ tarixində 22-ci bağlanma olacaq. Ən uzun müddət Donald Trampın birinci dövründə baş verib. 2018-ci ilin sonunda olan qapanma 35 gün davam edib.
Bundan əvvəl seçilmiş Amerika lideri Donald Tramp demişdi ki, əgər bağlanma qaçılmazdırsa, o zaman bu, indi ABŞ-nin hazırkı prezidenti Cozef Baydenin administrasiyası dövründə baş versin.
Töhfə Səməd
tag: ABŞ ,Federal ,Hökümət, Palata, todaypress.az,