ABŞ F-35 qırıcları Yaponiyada təcili eniş etdi

Dünya

05.02.2025 10:55

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki F -35 qırıcı təyyarəsi Yaponiyanın Şikoku adasındakı Ehime rayonunda yerləşən “Matsuyama” hava limanına məcburi eniş edib. 

TodayPress xəbər verir ki, bu barədə “Ehime Online” məlumat yayıb.

Təcili eniş qərarının hərbi təyyarədə yanacaq çatışmazlığı səbəbindən verildiyi vurğulanıb. 

Ölən və yaralananlar barədə məlumat yoxdur. Hadisə hava limanının işinə təsir edib.

Osakadan gələn mülki təyyarələr enmək üçün 13 dəqiqə gözləməli olub.

Nicat Osman

tag: Təyyarə,F-35,Hadisə,Yaponiya,Todaypress.az,