ABŞ F-35 qırıcılarını təkmilləşdirəcək

Dünya

15.05.2025 15:55

16

ABŞ prezidenti Donald Tramp, F-35 qırıcısının təkmilləşdirilən modelinin hazırlanacağını və yeni təyyarənin F-55 adlandırıla biləcəyini bildirib. 

TodayPress xəbər verir ki, bu barədə o, Qətərdəki Əl Udeid hərbi bazasında çıxışı zamanı danışıb.

Trampın sözlərinə görə, yeni qırıcı iki mühərrikli olacaq və bu, onun imkanlarını daha da artıracaq.

Ağ ev rəhbəri "Boeing" şirkəti ilə F-47 adlandırılan yeni nəsil qırıcının (NGAD – Next-Generation Air Dominance) hazırlanması üçün müqavilə imzalandığını da qeyd edib. 

O bildirib ki, bu layihə artıq beş ildir sınaq mərhələsindədir və bu yeni təyyarə öz texniki imkanlarına görə digər ölkələrin qırıcılarından əhəmiyyətli dərəcədə üstün olacaq.

Yeni qırıcıların hansı xüsusiyyətlərə malik olacağı və nə vaxt təqdim ediləcəyi hələ dəqiq açıqlanmayıb.

Türkan İsgəndərli

tag: ABŞ,Qırıcı,Təyyarə,Ordu,todaypress.az,