ABŞ F-16 qırıcıları üçün Tayvana ehtiyat hissələri satacaq

Dünya

30.11.2024 11:16

Pentaqon Tayvana F-16 qırıcı təyyarələri və radarları üçün 385 milyon dollar dəyərində ehtiyat hissələri satacağını təsdiqləyib.

TodayPress xəbər verir ki, bu barədə “Reuters” yazıb.    

Nəşrin yazdığına görə, Vaşinqton və Taybey arasında rəsmi diplomatik münasibətlərin olmamasına baxmayaraq, ABŞ qanuni olaraq özünümüdafiə imkanlarını Tayvana ötürməyə borcludur. 

Sövdələşmənin əsas podratçısının Amerikanın hərbi texnika istehsalçısı “General Dynamics” olduğu deyilir. 

Günəş Mərd

tag: Pentaqon, Tayvan, F-16, Amerika, Hərbi Texnika, todaypress.az,