ABŞ Əl-Qaidə yaraqlılarının xatirəsini yad etdi
Dünya
12.09.2024 12:00
ABŞ Məxfi Xidməti səhvən Əl-Qaidə yaraqlılarının xatirəsini ehtiramla yad edərək onları 2001-ci il 11 sentyabr terror aktlarının qurbanları siyahısına daxil edib.
TodayPress xəbər verir ki, müvafiq foto departamentin “X” sosial şəbəkəsindəki səhifəsində dərc edilib.
“Qərargahımızda asılan bayraq 11 sentyabr hadisələrini və missiyamızın məqsədini xatırladır. Azadlıq və fədakarlığın vəsiyyətidir. Biz baş xüsusi zabitimiz Kreyq Miller və xüsusi agent Çarlz Dost da daxil olmaqla, bütün 2996 qurbanın xatirəsini ehtiramla yad edirik” deyə paylaşımda qeyd edilib.
Sonra mətn silinib və departament yeni üzr yazısı dərc edib. Bildirilib ki, 2996 qurban arasında səhvən 19 terrorçunun da adı yer alıb.
Töhfə Səməd
tag: ABŞ, Azadlıq ,Çarlz Dost,Əl-Qaidə, Kreyq Miller, todaypress.az,