ABŞ Əfqanıstanın inkişafına mane olur – İran
Dünya
08.06.2024 15:36
İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni ABŞ-nin Əfqanıstandan çıxdığını, lakin onun aktivlərini bloklamaqla hələ də ölkənin inkişafına mane olduğunu bildirib.
TodayPress xəbər verir ki, Baqeri Kəni bu barədə Tehranda keçirilən toplantıda danışıb.
“Xarici ölkənin ordu birləşmələrinin Əfqanıstandan çıxarılmasından 3 il keçir və o vaxtdan qonşu ölkəmiz müxtəlif problemlərlə üzləşib. Əfqanıstanda fəaliyyət göstərən hökumət bu çağırışların bəzilərində nailiyyətlər əldə edib, lakin digər problemlər hələ də qalır” deyə İran rəsmisi vurğulayıb.
Qeyd edək ki, toplantıya Çin, Rusiya və Pakistandan da nümayəndələr qatılıb.
Günəş Mərd
tag: ABŞ, Əfqanıstan, Əli Baqiri Kəni, Tehran, todaypress.az,