ABŞ Əfqanıstanda Baqram bazasını saxlayacaq

Dünya

15.05.2025 14:25

16

ABŞ Əfqanıstandakı Baqram hava bazasını saxlayacaq. 

TodayPress xəbər verir ki, Ağ Evin rəhbəri Donald Tramp bu barədə Qətərdəki Əl -Udeyd hərbi bazasının hərbçiləri qarşısında çıxışı zamanı bildirib.

“Biz Baqram Hava Bazasını saxlayacağıq” deyə o qeyd edib. 

Xatırladaq ki, ABŞ 2001-ci ildə 11 sentyabr hücumlarından sonra Əfqanıstana qoşun yeridib. 

Missiyanın 2020-ci ildə dayandırılması ilə bağlı ilk müqaviləni Donald Tramp imzalayıb. Qoşunların çıxarılması 2021-ci ildə  Cozef Baydenin rəhbərliyi altında baş verib.

tag: ABŞ ,Əfqanıstan,Baqram,Baza,todaypress.az,