ABŞ Əfqanıstana yardım üçün köçürülən vəsaiti geri ala bilər

Dünya

01.02.2025 17:50

ABŞ hakimiyyəti beynəlxalq təşkilatlara və Əfqanıstana dəstək fondlarına ayrılan Amerika vəsaitlərinin qaytarılması məsələsini qaldıra bilər.   

TodayPress bu barədə ABŞ-nin Əfqanıstanın Yenidənqurulması üzrə Xüsusi Baş Müfəttişinin (SIGAR) hesabatına istinadən xəbər verir. 

Hesabat bu proqramların effektivliyini və onların ABŞ-nin xarici siyasət maraqlarına uyğunluğunu nəzərdən keçirməyə çağırır. 

SIGAR vurğulayır ki, yardım aclığın qarşısını almağa kömək etsə də, Taliban tərəfindən insan haqları pozuntularının, o cümlədən Amerika vətəndaşlarının saxlanması, keçmiş hökumət rəsmilərinin təqib edilməsi və ölkənin terror sığınacağına çevrilməsinin qarşısını ala bilməyib.

Hesabatda Əfqanıstan Mərkəzi Bankının dondurulmuş aktivlərindən 3,5 milyard dolların İsveçrə Əfqan Xalqına Yardım Fonduna (aktivləri 4 milyard dollara qədər artıb) transferinə də işarə edilir.

SIGAR, Administrasiyaya və Konqresə Talibanın terror təşkilatı kimi onlara qanuni hüququ olmadığını və sanksiyalara məruz qaldığını nəzərə alaraq, bu vəsaitləri ABŞ hökumətinin nəzarətinə qaytarmağı nəzərdən keçirməyi tövsiyə edir. 

tag: Əfqanıstan,Taliban,Cinayət, ABŞ,Todaypress.az,