ABŞ Ədliyyə Nazirliyi yüzlərlə sosial qranta xitam verdi

Dünya

23.04.2025 13:24

5

ABŞ Ədliyyə Nazirliyi silahlı zorakılığın qarşısının alınması, cinayət qurbanlarının müdafiəsi və narkomaniyaya qarşı mübarizə kimi sahələri əhatə edən yüzlərlə qrant proqramını ləğv edib. 

TodayPress xəbər verir ki, bu barədə “The Washington Post” nazirlik sənədinə istinadla yazıb.

Nazirliyin əməkdaşlarına göndərilən məktubda bildirilib ki, bu qrantlar uzunmüddətli audit zamanı aşkar edilib və hazırkı administrasiyanın prioritetlərinə uyğun gəlmir.

Nazirlik vəsaitlərin yaxın vaxtlarda yenidən bölüşdürüləcəyini və əsas diqqətin insan alveri və zorakılıq qurbanlarının müdafiəsi, eləcə də ABŞ-də uşaqların hüquqlarının qorunmasına yönələcəyini bəyan edib.

Qiymət Mahir

tag: ABŞ,Ədliyyə,Sosial,Qrant,Xitam,Todaypress.az,