ABŞ dövlət katibinin müavini: “KTMT-yə üzvlük Ermənistanın daxili işidir”

Dünya

18.07.2024 11:52

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü adı çəkilən ölkənin daxili işidir.

TodayPress-in xəbərinə görə, bunu ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya bildirib.

O, deyib ki, ölkəsi rəsmi İrəvanın bu qərarına hörmətlə yanaşır.

“Ermənistan KTMT-nin üzvü olmaqda, bizim əlaqələrimiz isə möhkəmlənməkdə davam edir. Rusiyanın burada hərbi bazasının regiona sülh və sabitlik gətirəcəyinə dair arqumentlərin isbatı yoxdur” deyə U. Zeya əlavə edib.

tag: Ermənistan, Təşkilat, KTMT, Zeya, Rusiya, todaypress.az,