ABŞ dövlət katibi: Ukrayna səfərbərliklə bağlı sərt qərar verməlidir

Dünya

05.12.2024 06:40

1895

Səfərbərlik məsələsi Ukrayna üçün kritik əhəmiyyət kəsb edir və Kiyev hökuməti sərt qərarlar qəbul etməlidir.

TodayPress xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken bildirib.

"Ukraynanın gələcək səfərbərliyə dair çətin qərarları var, lakin bunlar zəruri qərarlardır” o vurğulayıb.

O əlavə edib ki, ABŞ ukraynalı əsgərlərə təlim keçmək və onları silahlarla təmin etmək üçün əlindən gələni etməyə hazırdır.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, Kiyev işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün tədbirlər görərsə, Birləşmiş Ştatlar Ukrayna silahlı qüvvələri üçün təlim imkanlarını genişləndirməyə hazırdır.

Ukraynada ümumi səfərbərlik 2022-ci ilin fevralında elan edilib və o vaxtdan bəri bir neçə dəfə uzadılıb. 2024-cü il mayın 18-də ölkədə səfərbərliyin sərtləşdirilməsi haqqında qanun qüvvəyə minib.

Aynur TAC

 

tag: ABŞ, Blinken, Ukrayna, Səfərbərlik, Rusiya, Kiyev, todaypress.az,