ABŞ dövlət katibi Panamaya səfər edəcək
Dünya
23.01.2025 09:15
ABŞ dövlət katibi Marko Rubio gələn həftə Amerika prezidenti Donald Trampın Panama kanalına nəzarəti ABŞ-yə qaytaracağına dair vədindən sonra Panamaya səfər etməyə hazırlaşır.
TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentlik yazıb ki, Dövlət Departamentinin yeni rəhbərinin ilk xarici səfəri Trampın Panama kanalı ilə bağlı bəyanatlarının ciddiliyini vurğulayacaq.
"Həmçinin, Latın Amerikası ölkələrinə tur çərçivəsində Rubio Qvatemala, Kosta Rika və El Salvadora səfər etməyi planlaşdırır" məlumatda qeyd olunub.
Qeyd edək ki, Tramp yanvarın 20-də inauqurasiya nitqində Panama kanalına nəzarəti ölkəsinə qaytaracağına söz verib.
Günəş Mərd
tag: ABŞ,Panama,Səfər,Dövlət katibi,Todaypress.az,