ABŞ Dövlət Departamentinin iqlim danışıqları bürosu bağlanacaq

Dünya

25.04.2025 13:30

3

ABŞ-nin Dövlət departamenti iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq danışıqlara vasitəçilik edən büronu bağlayacaq. 

TodayPress xəbər verir ki, bu barədə Departamentin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, bu qərar büronun əməkdaşlarına aprelin 24-də bildirilib.

Büronun fəaliyyətinin tam dayandırılacağı tarix hələlik açıqlanmayıb. 

Bu qərar Donald Trampın ABŞ-nin iqlim dəyişikliyi ilə mübarizəyə dair beynəlxalq razılaşmalarda iştirakını dayandırmaq göstərişi ilə əlaqələndirilib. 

Dövlət katibi Marko Rubionun büronu bağlamaq qərarı əməkdaşlar arasında ciddi narazılıq doğurub.

tag: ABŞ,Dövlət Departamenti,İqlim,Büro,Todaypress.az,