ABŞ Dövlət Departamentinin əməkdaşları istefa verdi

Dünya

20.01.2025 13:25

ABŞ-də Dövlət Departamentinin onlarla əməkdaşı yeni seçilmiş prezident Donald Trampın tələbi ilə istefaya gedir. 

TodayPress xəbər verir ki, bu barədə "Washington Post" (WP) mənbələrə istinadən yazıb.

Onlarla yüksək rütbəli diplomat seçilmiş prezident Donald Trampın köməkçilərindən təlimat aldıqdan sonra yanvarın 20-i Dövlət Departamentindəki vəzifələrini tərk edəcək.

Kütləvi istefalar Tramp komandasının Bayden administrasiyası ilə “həlledici fasilə”sini göstərmək məqsədi daşıyır.

Qeyd olunur ki, siyahıya ABŞ dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Pyat və dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsini icra edən Con Bass da daxil olacaq.


Töhfə Səməd

tag: ABŞ, Tramp, Dövlət Departamenti,Dünya, Xəbər,todaypress.az,