ABŞ Dövlət Departamenti USAID-i yenidən təşkil etməyi planlaşdırır
ABŞ
Dövlət Departamenti 2025-ci il iyulun 1-dək ABŞ Beynəlxalq İnkişaf Agentliyinin
(USAID) bəzi funksiyalarını Departamentə uyğunlaşdırmağı və Administrasiya
prioritetlərinə uyğun gəlməyən digər funksiyaları ləğv etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko
Rubio bəyanat yayıb.
“Bu gün Dövlət
Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 2025-ci il iyulun
1-dək bəzi USAID funksiyalarının Departamentə uyğunlaşdırılmasını və
Administrasiya prioritetlərinə uyğun gəlməyən qalan USAID funksiyalarının
ləğvini nəzərdə tutan yenidən təşkili həyata keçirmək niyyətləri barədə
Konqresə məlumat verib” bəyanatda qeyd olunub.
tag: USAİD, Ləğv, Rubio, Bəyanat, todaypress.az,