ABŞ Dövlət Departamenti Monqolustanı dəstəklədi

Dünya

04.09.2024 12:18

ABŞ Rusiya prezidenti Vladimir Putini Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs etməkdən imtina etdiyinə görə Monqolustanı dəstəkləyib. 

TodayPress xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinq zamanı bildirib. 

Onun sözlərinə görə, Monqolustan enerji idxalından olduqca asılıdır. Çünki neft məhsullarının 95%-i və elektrik enerjisinin 20%-dən çoxu qonşu ölkələrdən gəlir. Bu təchizatlar monqol xalqı üçün həyati əhəmiyyət kəsb edir.

Miller deyib ki, ABŞ Monqolustanın düşdüyü vəziyyəti anlayır. Dövlət Departamenti hesab edir ki, Monqolustan iki böyük qonşu ölkənin – Rusiya və Çin arasında sıxışıb qalıb. 

Töhfə Səməd

tag: Metyu Miller , Brifinq ,ABŞ, Monqolustan, Departament ,Rusiya ,todaypress.az,