ABŞ dörd Gürcüstan vətəndaşına sanksiya tətbiq etdi
ABŞ etiraz aksiyalarına
görə, dörd Gürcüstan vətəndaşına qarşı sanksiya tətbiq edib.
TodayPress xəbər verir ki, bu barədə
“Civil Georgia” məlumat yayıb.
Bildirilib ki, DİN-in Xüsusi Təyinat
Departamentinin rəhbəri Zviad Xarazişvili (Xareba) və onun müavini Mileri
Laqazauri ilə yanaşı radikal sağçı şəxslər olan Konstantin Morqoşiya və Zurab
Maxaradzeyə sanksiya tətbiq edilib.
“Birləşmiş Ştatlar bu gün Gürcüstanın
demokratiyasına və gürcü xalqının insan haqlarına xələl gətirmiş bir sıra
Gürcüstan hökumət rəsmiləri və digər şəxslərə qarşı geniş məsuliyyət tədbirləri
tətbiq edir” məlumatda bildirilib.
Qeyd edək ki, Bayden administrasiyası
daha əvvəl qanuna və etirazlara görə “Gürcü Arzusu” üzvlərinə, parlament
üzvlərinə, hüquq-mühafizə orqanlarına və özəl vətəndaşlara viza qadağası qoyub.
tag: ABŞ ,Gürcüstan, DİN, Hökümət, todaypress.az,