ABŞ dolları düşdü: Yaponiya yeninin aqibəti necə olacaq?

Dünya

22.04.2025 14:10

3

Tokio valyuta birjasında ABŞ dollarına qarşı yapon yeninin məzənnəsi 139 yen səviyyəsinə qədər yüksəlib. Bu, son yeddi ayın ən güclü göstəricisi hesab olunur.

TodayPress xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb. 

Yenə olan tələbin artmasına səbəb ABŞ-də pul-kredit siyasətinin sabitliyi və müstəqilliyi ilə bağlı artan narahatlıqlardır.

Bu narahatlıqlar isə ABŞ prezidenti Donald Trampın Federal Ehtiyat Sistemi rəhbəri Cerom Pauellə bağlı tənqidi çıxışları və faiz dərəcələrinin tezliklə endirilməsinə dair çağırışları fonunda daha da güclənib. 

Ekspertlərin fikrincə, Trampın açıqlamaları investorlar arasında ABŞ dollarına olan inamı zəiflədib və Federal Ehtiyat Sisteminin siyasi təzyiqlərə məruz qala biləcəyi qorxusu yaradıb.

Töhfə Səməd

tag: ABŞ,Dollar,Yapon,Yen,Todaypress.az,