ABŞ diplomatlarına Çin vətəndaşları ilə münasibətlər qadağan edilir

Dünya

03.04.2025 12:34

1337

ABŞ dövlət qulluqçularına və onların ailə üzvlərinə Çin vətəndaşları ilə romantik münasibətlərə girmək qadağan olunacaq. 

TodayPress xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Yeni qaydalar ABŞ-nin Çindəki diplomatik missiyalarına – Pekin səfirliyinə və Quanqjou, Şanxay, Şenyang və Uhan konsulluqlarına, eləcə də Honq Konqdakı konsulluğa şamil olunur.

Lakin Çindən kənarda yerləşən ABŞ diplomatları bu qadağadan kənarda qalır.

Məlumatda qeyd olunur ki, qadağadan əvvəl Çin vətəndaşı ilə münasibətdə olan dövlət qulluqçuları bu qadağadan azad olunmaq üçün rəsmi müraciət edə bilərlər.

Lakin əgər bu müraciət rədd olunarsa, həmin şəxslər ya münasibətlərini dərhal bitirməli, ya da vəzifədən getməlidirlər. 

Qiymət Mahir

tag: ABŞ,Diplomat,Çin,Vətəndaş,Münasibət,Todaypress.az,