ABŞ-dən Ukrayna ilə bağlı MÜHÜM QƏRAR
ABŞ Ukraynanın “Azov” briqadasına tətbiq etdiyi silah qadağasını ləğv edib.
TodayPress xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Aparılan araşdırmalar nəticəsində Ukraynanın “Azov” briqadasının heç bir insan haqlarını pozmadığı müəyyən edilib. Bundan sonra hökumət briqadanın ABŞ-dən silah dəstəyi almasına mane olan qadağanı aradan qaldırıb.
Qeyd edək ki, 2014-cü ildə könüllülər briqadası kimi yaradılan “Azov” sonradan Milli Qvardiyaya verilib.
Günəş Mərd
tag: ABŞ, Ukrayna, Qərar, Azov, Milli Qvardiya, todaypress.az,