ABŞ-dən Rusiyaya qarşı daha bir sanksiya
Dünya
22.09.2024 11:38
ABŞ Rusiya və Çindən gələn
avadanlıq və proqram təminatının bir sıra avtomobillərdə istifadəsini qadağan
etmək qərarına gəlib.
TodayPress xəbər
verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Əvvəllər internetə və
naviqasiya sistemlərinə çıxışı olan avtomobillərdə, həmçinin xüsusi “V2X” yol təhlükəsizliyi
sisteminə qoşulmuş nəqliyyatlarda Rusiya və Çin proqram təminatından imtina etmək
planlaşdırılır.
Bundan əlavə, ABŞ Çin və
Rusiya texnologiyalarının avtomatlaşdırılmış idarəetmə sistemləri və nəqliyyat
vasitələrinin rabitə sistemləri üçün sınaqdan keçirilməsinə qadağa qoymağa
hazırlaşır.
Töhfə Səməd
tag: ABŞ,Rusiya,Sanksiya,Çin,Avtomobil,Proqram,