ABŞ-dən maraqlı gediş: Keniya NATO-nun müttəfiqi oldu
Dünya
25.06.2024 11:55
ABŞ prezidenti Co Bayden Keniyanı “NATO-dan kənar əsas müttəfiq” elan edib.
TodayPress xəbər verir ki, bu barədə Ağ Evdən verilən açıqlamada bildirilib.
Beləliklə, Keniya “NATO-dan kənar əsas müttəfiqə” çevrilən ilk Səhra Altı Afrika ölkəsi olub.
Bildirilib ki, Vaşinqtonun bu addımı bölgədə artan Rusiya və Çin təsirinin azaldılmasına yönəlib.
Qeyd edək ki, Bəhreyn, Braziliya, Kolumbiya, Misir, İsrail, Yaponiya, İordaniya, Küveyt, Mərakeş, Yeni Zelandiya, Pakistan, Filippin, Qətər, Cənubi Koreya,Tayland və Tunis də ABŞ-nin “NATO-dan kənar əsas müttəfiqi” statusuna malik ölkələrdir.
Günəş Mərd
tag: ABŞ, NATO, Keniya, Afrika,todaypress.az,