ABŞ-dən İsrailə xəbərdarlıq: Əməliyyatı dayandırın!

Dünya

06.06.2024 10:15

ABŞ Dövlət Departamenti İsrailin Livana qarşı mümkün əməliyyatına qarşı olduqlarını bildirib. 

TodayPress xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller prosesi yaxından izlədiklərini və bundan çox narahat olduqlarını vurğulayıb. Dövlət Departamentinin rəsmisi İsrailin şimal sərhədində "Hizbullah"la artan gərginliyinə də münasibət bildirib. O, İsrailin şimal sərhədində "Hizbullah"la yeni münaqişəyə girməsinin ona və bölgədəki digər aktorlara fayda verməyəcəyini qeyd edib.

tag: ABŞ, İsrail, Livan, Əməliyyat, todaypress.az,