ABŞ-dən Fələstinə 404 milyon dollar humanitar yardım
Dünya
11.06.2024 22:20
ABŞ Qəzza, işğal altındakı İordan çayının qərb sahili və digər bölgələrdə fələstinli mülki şəxslər üçün 404 milyon dollar humanitar yardım edəcəyini açıqlayıb.
TodayPress xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada, ABŞ rəhbərliyinin fələstinlilərin əsas ehtiyacları ilə bağlı bölgədə yaşadıqları çətinliklərdən xəbərdar olduğu və humanitar yardımların davam edəcəyi bildirilib.
Açıqlamada Qəzza, işğal altındakı İordan çayının qərb sahili və digər bölgələrdə fələstinli mülki vətəndaşlara 404 milyon dollarlıq humanitar yardımın çatdırılacağı, bununla da son 8 ayda humanitar yardımın ümumi məbləğinin 674 milyon dollara çatacağı vurğulanıb.
"Birləşmiş Ştatlar Qəzzada (humanitar) böhrandan əziyyət çəkənlərin humanitar ehtiyaclarına cavab vermək öhdəliyinə sadiq qalır." Açıqlamada, sözügedən humanitar yardımın əsas qida məhsulları, su, səhiyyə, sığınacaq və təhsil kimi müxtəlif alt başlıqlardan ibarət olacağı qeyd edilib.
GÜNEL
tag: ABŞ,Fələstin, Qəzza, Humanitar yardım, todaypress.az,