ABŞ-də zəlzələ baş verdi

Dünya

22.12.2024 09:38

ABŞ-nin Alyaska ştatının sahilində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb. 

TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib. 

Qeyd olunub ki, yeraltı təkanların episentri Ankoric şəhərindən 627 km cənub-qərbdə olub. Zəlzələnin ocağı 9,2 km dərinlikdə yerləşib. 

Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

tag: ABŞ,Zəlzələ,Dağıntı,Tələfat,Alyaska,Todaypress.az,