ABŞ-də Zelenskiyə xəbərdarlıq olundu
Dünya
27.09.2024 03:45
"Ukrayna
lideri Volodimir Zelenski Pensilvaniyadakı hərbi zavoda getməməli idi".
TodayPress xarici mediaya istinadən xəbər verir ki, bunu
ABŞ-nin respublikaçı senatoru Lindsi Qrem deyib. Onun sözlərinə görə, bu
səfərin aydın siyasi çalarları var.
“Pensilvaniyada
baş verənlər səhv idi. Bunun qəsdən olub-olmamasından asılı olmayaraq,
bunun siyasi təsiri var və bu, səhv idi”, - Qrem deyib.
O, əlavə edib ki,
bu cür insidentlər istisna edilməlidir ki, onlar Ukraynanın Rusiyaya qarşı
mübarizədə “uğurunun təmin edilməsi” kimi uzunmüddətli hədəflərə təsir etməsin.
Qrem vurğulayıb ki, hələlik Kiyevin iflasa uğramasının qarşısını almaq
Birləşmiş Ştatların maraqlarına uyğundur, çünki bu, Çini Tayvanı hərbi yolla
ələ keçirməyə təhrik edəcək.
Zelenskinin
sentyabrın 22-də Skrantondakı sursat zavoduna səfəri ABŞ-də seçkilərə
müdaxilə kimi qəbul edilib.
tag: Zelenski, Ukrayna, Rusiya, ABŞ, todaypress.az,