ABŞ-də yoxsul ölkələrə yardım agentliyi ləğv edilə bilər
ABŞ Prezidenti Donald Trampın administrasiyası yoxsul ölkələrin inkişafına cavabdeh olan agentliyi ləğv edə bilər.
TodayPress xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən məlumat yayıb.
“Biz başa düşürük ki, DOGE (Hökumətin Effektivliyi Departamenti) komandası tezliklə agentliyin işçi ştatını əhəmiyyətli dərəcədə azaldacaq” elektron məktubda deyilir.
Nəşrin məlumatına görə, “Millennium Challenge Corporation” (MCC) müstəqil agentliyinin əməkdaşlarına İlon Maskın başçılıq etdiyi DOGE komandasının səfərindən sonra təşkilatın ştatının xeyli ixtisar ediləcəyi barədə bildirişlər göndərilib.
Qeyd olunur ki, Ağ Ev hələlik qurumda nəzərdə tutulan ixtisarlara münasibət bildirməyib.
Xatırladaq ki, MCC 2004-cü ildə Prezident Corc Buş tərəfindən yoxsul ölkələrə yardım göstərmək üçün yaradılıb.
tag: ABŞ, Yardım, Yoxsul,Millennium Challenge Corporation, DOGE, Mask, todaypress.az,