ABŞ-də yeniyetmələrin silah satışına qoyulan qadağa ləğv edildi

Dünya

31.01.2025 18:20

Yanvar ayının 31-də ABŞ federal apellyasiya məhkəməsi, 18-20 yaş arası amerikalılara qoyulmuş tapança satışının qarşısını alan federal qadağanı ləğv edib.

TodayPress xəbər verir ki, bu barədə “ABC” məlumat yayıb.

Apellyasiya məhkəməsi yeniyetmələrə tapança satışını qadağan edən federal qanunun ölkənin tarixi ənənəsinə uyğun gəlmədiyinə qərar verib.

Qərarda Federal Ali Məhkəmənin 2022-ci ildə Nyu-York ştatı Tüfəng və Tapança Assosiasiyası barədə rəyinə istinad edilib ki, bu da silah işlətmək hüquqlarını əhəmiyyətli dərəcədə genişləndirib.

Xatırladaq ki, 1968-ci ildən bəri mövcud olan fərdi silaha nəzarət qanunu ilə 18-20 yaş arası amerikalılara silah satışını qadağan edilib. 

Nicat Osman

tag: ABŞ,Apellyasiya,Amerikalı,Tüfəng,Todaypress.az,