ABŞ-də yeni tariflər tətbiq olunacaq

Dünya

28.01.2025 12:52

ABŞ yarımkeçiricilər və əczaçılıq məhsullarının idxalına rüsumlar tətbiq edəcək. 

TodayPress “TASS”a istinadən xəbər verir ki, yeni tədbirləri ölkə prezidenti Donald Tramp bəyan edib.

Nümayəndələr Palatasında hakim Respublikaçılar Partiyası fraksiyasına danışan Amerika prezidenti tariflərin zəruriliyini zavodların ABŞ-yə qaytarılması ilə izah edib. Onun sözlərinə görə, 98-ə yaxın çip istehsalçısı Tayvana köçüb və o, onların geri qayıtması üçün hər şeyi edəcəyinə söz verib.

“Yaxın gələcəkdə biz bu kritik məhsulların istehsalını Amerika Birləşmiş Ştatlarına qaytarmaq üçün xaricdə istehsal olunan kompüter çipləri, yarımkeçiricilər və əczaçılıq məhsullarına tariflər tətbiq edəcəyik” deyə Tramp bildirib.

Prezident administrasiyası polad və bir sıra digər malların idxalına da rüsum tətbiq etmək niyyətindədir.

Töhfə Səməd

tag: ABŞ ,Rüsum,İdxal ,Respublikaçılar ,Nümayəndələr Palatası,todaypress.az,