ABŞ-də yeni qurd növü aşkar edildi
Beynəlxalq alimlər qrupu yastı qurdun yeni növünü kəşf ediblər.
TodayPress xəbər verir ki, araşdırma “PeerJ” jurnalında dərc olunub.
“Amaga pseudobama” adlı yeni növ ilk dəfə 2020-ci ildə Şimali Karolinada tapılıb. Bu qurd Avropada geniş yayılmış invaziv “obama nungara” növünə bənzəyir. Yeni növ bir neçə santimetr uzunluğunda qəhvəyi yastı qurddur və “obama nunqara” kimi Cənubi Amerikadan gəlir.
Tədqiqatçılar qurdu müəyyən etmək üçün molekulyar araşdırma aparıblar. Təhlil zamanı məlum olub ki, yeni növ genetik səviyyədə “obama nunqara”sından xeyli fərqlənir. Bundan sonra qurdun morfologiyası və mitogenomunun, yəni hüceyrə bölünməsində iştirak edən genlər toplusunun tam təsviri aparılıb.
Yeni “amaga pseudobama” növü təkcə Şimali Karolinada deyil, Florida və Corciyada da aşkar edilib. Alimlər qurdun artıq ABŞ-nin cənubundakı digər ştatlara da yayıla biləcəyindən şübhələnirlər.
Tədqiqat müəllifləri vurğulayırlar ki, yeni növlərin diapazonunu və ekoloji təsirini daha dəqiq başa düşmək üçün əlavə monitorinq və genetik analiz lazımdır.
Töhfə Səməd
tag: ABŞ, Qurd, Amaga Pseudobama ,Şimali Karolina, Florida ,todaypress.az,