ABŞ-də yaşayış binasında partlayış oldu, xəsarət alanlar var
Dünya
01.12.2024 16:10
ABŞ-nin Missuri ştatının Cefferson Siti şəhərində yaşayış binasında partlayış olub.
TodayPress xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Bildirilib ki, dağıntıları təmizlədikdən sonra yanğınsöndürənlər 6 nəfəri xilas edə biliblər. Onlar xəstəxanaya yerləşdirilib, 3 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. İki zərərçəkmiş helikopterlə xəstəxanaya aparılıb.
Binanın dağılmasına səbəb olan partlayışın səbəbi müəyyənləşdirilir.
tag: ABŞ,Missuri,Cefferson Siti,Bina,Partlayış,todaypress.az,