ABŞ-də vitse-prezidentliyə namizədin korteji qəzaya düşdü
ABŞ vitse-prezidentliyinə namizəd Tim Valzın kortejində avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
TodayPress xəbər verir ki, bu barədə Amerikanın “Hill” nəşri məlumat yayıb.
Valz, Minnesotadakı bir kampaniya tədbirindən sonra Viskonsinə gedib. Kortej hərəkətdə olarkən avtomobillər toqquşub.
Qəzaya uğrayan mikroavtobusda jurnalistlər və vitse-prezidentliyə namizədin seçki qərargahının əməkdaşları olub. Jurnalistlər kiçik sıyrıqlar alıblar, onlardan birinin beyini silkələnib. Kampaniya işçisi qolunu sındırıb.
Nəşrin məlumatına görə, toqquşan avtomobillərdə Valz olmayıb və kortej hərəkətə davam edib.
Günəş Mərd
tag: Amerika, Valz, Kampaniya, Hill, Viskonsi, Qəza ,todaypress.az,