ABŞ-də transgender hərbçilərin ordudan çıxarılmasına başlanacaq
ABŞ müdafiə naziri Pit Heqset iyunun 6-dan ordu sıralarını könüllü tərk etməyən transgender hərbçilərin ordudan çıxarılmasına başlanılmasını əmr edib.
TodayPress xəbər verir ki, Heqsetin əmrinə əsasən, aktiv xidmətdə olan transgender hərbçilər bu tarixə qədər könüllü ordudan ayrılmaqla bağlı qərar qəbul edə bilər.
ABŞ Müdafiə Nazirliyi bu məsələ ilə bağlı "Reuters"in sorğusunu cavablandırmayıb.
Qeyd edək ki, ABŞ Ali Məhkəməsi mayın 6-da Donald Tramp administrasiyasının transgenderlərin hərbi xidmətdə olmasına qoyduğu qadağanın qüvvəyə minməsinə icazə verib.
tag: Pit Heqset,Ordu,Əmr,Transgender,Todaypress.az,