ABŞ-də təyyarənin eniş şassisində cəsəd tapıldı

Dünya

07.01.2025 18:02

Florida ştatının Fort Lauderdale Beynəlxalq Hava Limanında uçuş sonrası təhlükəsizlik yoxlaması zamanı iki nəfərin cəsədi aşkar edilib. 

TodayPress xəbər verir ki, bu barədə "Jet Blue" şirkəti məlumat yayıb.

“Hazırda qurbanların şəxsiyyətləri və onların hansı şəraitdə təyyarəyə girişi araşdırılır” deyə şirkətdən bildirilib.

"Jet Blue" hadisəni “dəhşətli” adlandırıb və bütün halları aydınlaşdırmaq üçün səlahiyyətlilərlə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Töhfə Səməd

tag: Fort, Florido ,ABŞ, Təyyarə ,todaypress.az,