ABŞ-də təyyarələr toqquşdu

Dünya

11.09.2024 03:33

ABŞ-nin Atlanta hava limanında Delta aviaşirkətinə məxsus təyyarə başqa bir təyyarənin quyruğuna çırpılıb.

TodayPress xəbər verir ki, Federal Aviasiya Administrasiyasının bəyanatında deyilir ki, Atlanta Beynəlxalq Hava Limanında "Delta 295" reysi "Endeavour Air 5526 "reysi ilə toqquşub. Xəsarət alanlar barədə məlumat yoxdur və təmir briqadaları dəymiş ziyanı qiymətləndirir.

tag: Amerika,ABŞ,Təyyarə,Hadisə, Delta, todaypress.az,