ABŞ-də supermarketdə atəş açıldı, ölənlər var
Dünya
28.01.2025 06:34
ABŞ-nin İndiana ştatının Elkhart
şəhərindəki supermarketdə baş vermiş silahlı insidentdə şübhəli şəxs də daxil
olmaqla üç nəfər ölüb.
TodayPress xəbər verir ki, bu barədə “ABC News”
telekanalı məlumat yayıb.
Bildirilib ki, atəş açdığı güman edilən şəxs hadisə
yerinə gələn polis əməkdaşları tərəfindən öldürülüb.
Atışma zamanı iki hüquq-mühafizə orqanı əməkdaşı
yaralanıb və xəstəxanaya yerləşdirilib. Şəhər polisinin nümayəndələrinin
sözlərinə görə, yaralı əməkdaşların vəziyyəti stabildir.
Faktla bağlı araşdırma aparılır.
tag: ABŞ, Atəş, Hadisə, Silah, Ölən, todaypress.az,