ABŞ-də strateji nüvə qüvvələrinin illik təlimləri başladı

Dünya

19.10.2024 04:19

2141

ABŞ-nin Strateji Komandanlığı (STRATCOM) “Global Thunder 25” adlı illik nüvə hazırlığı təliminə başlayıb.

TodayPress xəbər verir ki, bu barədə STRATCOM-un məlumatında deyilir.

“Təlimlərin məqsədi nüvə qüvvələrinin hazırlığının artırılması və təhlükəsiz, etibarlı və effektiv strateji çəkindirmənin təmin edilməsidir” komandanlıq qeyd edib.

Manevrlərdə əsas müttəfiqlər və NATO tərəfdaşları, o cümlədən Böyük Britaniyadan olan hərbçilər də iştirak edir.

Təlimlər heç bir ölkəyə qarşı yönəlməyib.

tag: NATO, ABŞ, Qoşun, Hərbi,Britaniya, todaypress.az,