ABŞ-də silah istehsalçısı təxminən 1 milyard dollar cərimələndi
ABŞ Müdafiə Nazirliyinin ən böyük
podratçısı “Raytheon Technologies Corporation”ın (RTX) törəmə şirkəti olan
“Raytheon” dələduzluq və korrupsiya işi üzrə 950 milyon dollardan çox cərimə
ödəyəcək.
TodayPress xəbər verir ki, bu barədə “Associated
Press” ABŞ Ədliyyə Nazirliyinə istinadən bildirib.
Məlumata görə, iqtidar “Raytheon”u dövlət müqavilələrinin
qiymətlərini şişirtməkdə, ABŞ Müdafiə Nazirliyinə ikiqat hesab-faktura təqdim
etməkdə və silahların qanunsuz ixracında ittiham edib.
Qeyd olunub ki, şirkət Xaricdə Korrupsiya ilə Mübarizə
Aktının (FCPA), Silah İxracına Nəzarət Aktının (AECA) və Beynəlxalq Silah
Ticarəti Qaydalarının (ITAR) maddələrini pozub. Xüsusilə şirkət silahların
xaricə ixracı məqsədilə Qətərdə bir məmurun rüşvət almasında iştirak edib,
həmçinin iki əməliyyat zamanı ABŞ Müdafiə Nazirliyinə yanlış məlumat verib.
Bunlardan biri “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükü, digəri
isə radar stansiyasının dəstəklənməsi ilə bağlı olub.
Söhbət 2009-2020-ci illər arasında bağlanmış çoxsaylı müqavilələrdən
gedir. Nyu-Yorkda keçirilmiş məhkəmə iclasında RTX nümayəndələri üç ittihamdan
ikisində günahlarını etiraf etməyiblər.
tag: ABŞ, Korrupsiya, Ədliyyə, Raytheon, todaypress.az,