ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşdu: 30 nəfər öldü - YENİLƏNDİ

Dünya

30.01.2025 15:52

Vaşinqtonda hərbi helikopterlə sərnişin təyyarəsinin toqquşması nəticəsində 30-dan çox insan həlak olub.

TodayPress xəbər verir ki, bu barədə “NBC” məlumat yayıb.

Ölənlərin meyiti təyyarənin düşdüyü Potomak çayından çıxarılıb.


xxx


10:12


ABŞ-nin paytaxtı Vaşinqtonda, Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi ilə ABŞ ordusuna məxsus hərbi helikopter toqquşub.

TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Məlumatda deyilir ki, göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olan “American Airlines” 5342 nömrəli sərnişin təyyarəsi uçuş-enmə zolağına yaxınlaşarkən ABŞ ordusuna məxsus "Black Hawk" tipli hərbi helikopter ilə toqquşub. 

Helikopterdə 3 nəfər ekipaj üzvü olub. Sərnişin təyyarəsi Potomak çayına düşüb.

İlkin məlumatlara görə qəzadan xilas olan olmayıb. Axtarış-xilasetmə işləri nəticəsində 19 nəfərin cəsədi çaydan çıxarılıb.  

Reyqan Milli Hava Limanında bütün uçuşlar və enişlər dayandırılıb.

Nicat Osman

tag: Qəza,ABŞ,Helikopter,Axtarış,Todaypress.az,