ABŞ-də seçki günü terror aktı planlaşdıran əfqanıstanlı həbs edildi
Dünya
09.10.2024 08:44
ABŞ Federal Təhqiqat Bürosu Oklahoma
ştatında noyabrın 5-də – seçkilər günü terror aktı törətmək niyyətində olan
Əfqanıstan vətəndaşını saxlayıb.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Ədliyyə
Nazirliyi məlumat yayıb.
Məlumata görə, 2021-ci ilin sentyabrında miqrasiya vizası
ilə ABŞ-yə giriş edən 27 yaşlı Nəzir Əhməd Tauhidi İŞİD terror qruplaşmasına
maddi yardım göstərməyə cəhd edib. O, odlu silahdan istifadə edərək ABŞ
ərazisində terror aktı törətmək niyyətində olub.
Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kristofer Rey
qeyd edib ki, Tauhidi terror aktını seçkilər günü törətməyi planlaşdırırdı.
tag: ABŞ, İŞİD, Terror, Oklahoma, todaypress.az,