ABŞ-də quş qripi mutasiyası aşkarlandı
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ölkədə ilk ağır xəstəliyə yoluxmuş bir xəstədə quş qripinin mutasiyasını müəyyən edib.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Şöbə qeyd edib ki, yoluxmuş nümunələrdə genlərdən birində - virus daşıyıcısının orqanizmindəki hüceyrələrə yapışmasında əsas rol oynayan hemaqlütinində mutasiyalar müşahidə olunub.
Xatırladaq ki, ötən həftə ABŞ-nin Luiziana ştatının 65 yaşlı sakinində ağır quş qripinə yoluxma halı müəyyən edilib. Ona bu yaxınlarda ABŞ-də vəhşi və ev quşlarında aşkar edilmiş virusun D1.1 ştammı diaqnozu qoyulub.
Günəş Mərd
tag: ABŞ, Xəstəlik ,Virus ,Qrip, todaypress.az,