ABŞ-də prezidentliyə mümkün namizədlər açıqlandı

Dünya

08.05.2025 20:00

11

ABŞ prezidenti Donald Trampın administrasiyasında bir sıra rəsmilər 2028-ci il prezident seçkiləri üçün potensial namizədlər sırasında vitse-prezident Ceyms Devid Vens və dövlət katibi Marko Rubionun tandemini nəzərdən keçirirlər. 

TodayPress xəbər verir ki, bu barədə “Semafor” məlumat yayıb.

Məqalədə bildirilib ki, Vens və Rubionun münasibətləri yaxşıdır. Ağ Ev rəsmiləri və Vensə yaxın şəxslər onların ABŞ Senatında birlikdə işlədikləri dövrdən bəri sıx əlaqə saxladıqlarını qeyd edirlər.

Trampa yaxın bir mənbə isə bildirib ki, əsas favorit Vensdir, çünki o, vitse-prezident vəzifəsini tutur. Digər tərəfdən, Rubionun artıq bir dəfə prezidentliyə namizəd olduğu və bu ambisiyalarını qoruduğu vurğulanır. Lakin “Semafor”un müsahibəsinə görə, ABŞ-də Rəqib kimi Vens və Rubionun bir-birinə qarşı mübarizə aparacağı ssenari real sayılmır.

Qiymət Mahir

tag: ABŞ,Tramp,Ceyms Devid Vens,Marko Rubio,todaypress.az,