ABŞ-də prezidentlik yarışı davam edir

Dünya

18.08.2024 12:31

ABŞ-nin “Yaşıllar Partiyası” həkim, ekoloji fəal, Ukraynaya hərbi və maliyyə yardımı göstərilməsinin əleyhdarı Cil Steyni ölkə prezidentliyinə namizəd kimi irəli sürüb.

TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, Steynin namizədliyini 267 nəfər dəstəkləyib.

74 yaşlı Steyn artıq 2016-cı ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürüb və o zaman bir faiz səs toplaya bilib.

Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.

Töhfə Səməd

tag: ABŞ,Prezident,Yaşıllar Partiyası,Cil Steyni,Namizəd, Seçki, todaypress.az,