ABŞ-də ölkənin yaranma tarixindən əvvəl tikilən ev satışa çıxarıldı

Dünya

07.06.2024 21:40

847

Massaçusets ştatında ABŞ-nin yaranmasından əvvəl tikilmiş ev satışa çıxarılıb. Üstəlik, bu, ölkədə qorunub saxlanılan ən qədim bina deyil,

TodayPressNew York Post” qəzetinə sitinadla xəbər verir ki, qədim tarixə malik ev 800 min dollar dəyərində qiymətləndirilir.

Ev Plimpton şəhərində ingilis kolonisti Stiven Brayant tərəfindən tikilib. 1669-cu ilə aid tikinti ABŞ-nin ən qədim binası hesab olunur.

230 kvadratmetrlik evin 80 hektar torpaq sahəsi mövcuddur. Bina o vaxtkı ümumi taxta çərçivə texnologiyasından istifadə edilməklə tikilib. 1703-cü ildə beş mərtəbəsi qaldırılaraq çardaq əlavə edilib.  Evdə üç yataq otağı və iki vanna otağı var.

Evdə orijinal elementlərlə yanaşı, müasir şərait də var - paltaryuyan, quruducu, generator, qızdırıcılar, yağ çəni və yeni elektriklər. Həyətində ayrıca qaraj və toyuq hini var.

 GÜNEL

tag: ABŞ, Massaçusets, Bina, Texnologiya, todaypress.az,