ABŞ-də neft ehtiyatları həftə ərzində 2,1 milyon barrel artdı
ABŞ-də kommersiya neft ehtiyatları həftə
ərzində 2,1 milyon barrel artaraq noyabrın 1-nə 427,7 milyon barrel təşkil
edib.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi
məlumat yayıb.
Nazirlik bildirib ki, hazırkı ehtiyatların həcmi ilin bu
dövrü üçün son beş ilin orta göstəricisindən 2 % aşağıdır.
Bakı vaxtı ilə saat 19:35-də London ICE birjasında
“Brent” neftinin yanvar fyuçersi 0,87 % azalaraq bir barrel üçün 74,87 dollar,
WTI neftinin dekabr fyuçersinin qiyməti isə 0,65 % azalaraq bir barrel üçün
71,52 dollar təşkil edib. Saat 21:19-da “Brent”in qiyməti bir barrel üçün 75,32
dollara, WTI-nin qiyməti isə bir barrel üçün 72,03 dollara yüksəlib.
tag: ABŞ,Neft, Milyon, Nazirlik,todaypress.az,