ABŞ-də morq sahibi saxlanıldı

Dünya

30.04.2025 11:15

18

ABŞ-nin Texas ştatında morq sahibi Adelin Nqan-Binh Bui meyitlər üzərində amansız təcrübələr aparmaqda ittiham olunur. 

TodayPress “NBC News”a istinadən xəbər verir ki, o, bədənlərin baş, əzalar və onurğa sütununu ayıraraq balzamlaşdırma mayelərinin təsirini yoxlayıb.

50 yaşlı qadın Ostin şəhərində yerləşən morqu idarə edib və hazırda meyitlərin təhqiri, eləcə də rəsmi sənədlərin saxtalaşdırılması maddələri ilə istintaqa cəlb olunub.

İttihamlar Texas Dövlət Dəfn Komissiyasına daxil olan şikayət əsasında irəli sürülüb. Məhkəmə sənədlərində qeyd edilir ki, araşdırma balzamlaşdırma üzrə mütəxəssisin şikayəti ilə başlayıb. Rəsmilər bildiriblər ki, qadın özü də təcrübələr apardığını istintaqa etiraf edib. Onun sözlərinə görə, təxminən 15 meyit üzərində müxtəlif manipulyasiyalar aparılıb.

Qiymət Mahir

tag: ABŞ,Morq,Cəsəd,Texas,todaypress.az,